Modern.az

Tozlu hava nə vaxtadək davam edəcək?

Tozlu hava nə vaxtadək davam edəcək?

Aktual

26 May 2024, 19:43

Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyasının artaraq normadan 1.5-1.7 dəfə çox olduğu müəyyən edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.

 

O bildirib ki, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir: “Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir”.

 

Xatırladaq ki, səhər saatlarında havada tozun miqdarı normadan 1.3 dəfə artıq olub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi