Modern.az

Abşeron Milli Parkında velomarafon təşkil olunub - FOTO

Abşeron Milli Parkında velomarafon təşkil olunub - FOTO

27 May 2024, 12:53

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “3 iyun Ümumdünya Velosipedçilər Günü” ilə əlaqədar ilə Abşeron Milli Parkında velomarafon keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az verilən məlumata görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Pirallahı Tibb Mərkəzi əməkdaşlarının iştirakı, Həmkarlar İttifaqı Komitəsinin və Abşeron Milli Parkının dəstəyi ilə baş tutan veloyürüşə 50-dən artıq TƏBİB əməkdaşı qoşulub.

Ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək, insanlara sağlam həyat tərzini aşılamaq, eyni zamanda ekoturizmi təbliğ etmək məqsədilə keçirilən veloyürüşdə iştirakçılar 12 km məsafə qət ediblər.

Tədbirin sonunda velomarafon iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunub.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı