Modern.az

Ermənistanda daha bir hərbçi ölüb

Ermənistanda daha bir hərbçi ölüb

Aktual

27 May 2024, 14:42

Ermənistanda hərbçi poliqonda ölüb.

Modern.az xəbərə verir ki. İstintaq Komitəsinin məlumatına görə, faciəvi hadisə mayın 26-da baş verib. Hərbi texnika (hansı olduğu bildirilmir) dayanmış “Ural” yük maşını ilə toqquşub. Kabinədə olan əsgər A.Aroyan kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb və tezliklə orada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 3-cü maddəsinin 538-ci (texniki istismar qaydalarını pozma) ilə cinayət işi başlanıb. Ekspertlər təyin edilib, şahidlər dindirilib, günahkarların dairəsi aydınlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi