Modern.az

Sabah metronun iş qrafiki dəyişəcək

Sabah metronun iş qrafiki dəyişəcək

Aktual

27 May 2024, 15:08

28 May - Müstəqillik Günü ilə əlaqədar mayın 28-də Bakı metropolitenində iş rejiminə dəyişikliklər ediləcək.

 

Modern.az xəbər verir ki, “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkət intervalı saat 07:00-dan 21:00-dək 2 dəqiqə 30 saniyə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından sonra “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində və əksinə, qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

 

Sərnişin axınının istiqamətlərindən asılı olaraq, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

 

Bayram günü “Bakmil” stansiyasına da qatarların daxil olub-çıxma vaxtları dəyişdiriləcək. Bu istiqamətdə hərəkət edən sərnişinlərdən şənbə günü cədvəlindən istifadə etmələri xahiş olunur.

 

Metropoliten istifadəçilərinin təhlükəsizliyi və sərnişin rahatlığı nəzərə alınmaqla, işçi heyəti üçün növbətçilik cədvəli əsasında iş rejimi müəyyənləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?