Modern.az

Bu şəxslərə dövlət mükafatı verildi - SƏRƏNCAM

Bu şəxslərə dövlət mükafatı verildi - SƏRƏNCAM

Aktual

27 May 2024, 16:06

Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Sərəncam əsasən, 2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:

 

Texnika sahəsi üzrə:

“Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə - 

Vaqif Məcid oğlu Fərzəliyev;

Həqiqət Əliəşrəf qızı Cavadova;

Əfsun Rəzzaq oğlu Sucayev.

 

Mədəniyyət sahəsi üzrə:

Teatr rejissorluğu sahəsində fəaliyyətinə görə - 
Mehriban Zaur qızı Ələkbərzadə.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi