Modern.az

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşlarla görüşdü - FOTOLAR

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşlarla görüşdü - FOTOLAR

Aktual

27 May 2024, 16:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 27-də Kürdəmir rayonunda vətəndaşları qəbul edib.

Modern.az xəbər verir ki, qəbulda Kürdəmir, Ucar və Zərdab rayonlarının sakinləri iştirak ediblər ki, onların da əksəriyyəti həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdışa hazırlıq məsələləri üstünlük təşkil edib.

Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda bir daha xatırladılıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha sürətləndiriləcəkdir. Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcəklər.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan digər məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib - FOTOLAR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı