Modern.az

Azərbaycanla Serbiyanın hərbi-mülki ekspertləri görüşüblər - FOTO

Azərbaycanla Serbiyanın hərbi-mülki ekspertləri görüşüblər - FOTO

Aktual

27 May 2024, 16:53

Mayın 27-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, qonaqlara Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bu sahədə qazanılan beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib.

 

Serbiyalı nümayəndələr öz növbələrində CIMIC proqramının əhəmiyyətini qeyd edib və bu istiqamətdə görülən işlərdən danışıblar.

 

Sonda təqdim olunan brifinqlər ətrafında müzakirələr aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi