Modern.az

Kamal Abdulla Nehrəm kənd məktəbinin qonağı olub

Kamal Abdulla Nehrəm kənd məktəbinin qonağı olub

Aktual

27 May 2024, 16:40

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Nehrəm kənd 2 nömrəli tam orta məktəbin qonağı olub.

 

Modern.az xəbər verir ki, görüşdə AMEA-nın Folklor İnstitunun direktoru, akademik Muxtar İmanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, məktəb rəhbərliyi, kollektiv və şagirdlər iştirak edib.

 

Çıxış edənlər bildirib ki, bu gün təşkil olunan görüş məktəb kollektivi və şagirdlər üçün unudulmaz xatirələrlə yadda qalacaq. 

 

Akademik Kamal Abdulla uşaqlıq xatirələrindən, kənddə keçirdiyi xoş günlərdən danışıb. Rektor bədii yaradıcılığından, müəllimlik təcrübəsindən söz açıb. Görüşdə Kamal Abdulla Nehrəm kəndinin tarixi, uğurları haqqında fikirlərini bölüşüb, müəllifi olduğu “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabını təqdim edib.

 

Qeyd olunub ki, müasir dövrdə Heydər Əliyev idealları etibarlı, münbit zəmində inkişaf etdirilir. Bunun müəllifi onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan İlham Əliyevdir. Ulu Öndərin ideyalarını və irsini mükəmməl mənimsəyən, onların həyata keçirilməsində yeni-yeni uğurlar qazanan İlham Əliyev çağdaş zamanımızda multikultural dəyərlərin himayəçisi kimi çıxış edir. Azsaylı xalqların, dini konfessiyaların hüquqlarının qorunmasında, mədəni müxtəlifliyin saxlanılmasında, Azərbaycanın multikultural həqiqətlərinin qlobal miqyasda təqdimində Prezident İlham Əliyevin cahanşümül fəaliyyəti göz önündədir.

 

Eyni zamanda “Mifologiya elçisi Kamal Abdulla ərməğanı” kitabı məktəbə hədiyyə edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi