Modern.az

Pakistan səfiri ADU-nun qonağı olub - FOTO

Pakistan səfiri ADU-nun qonağı olub - FOTO

Aktual

27 May 2024, 17:04

Mayın 27-də Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Pakistanın ölkəmizdəki səfiri Bilal Hayen ADU-nun qonağı olub.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, diplomat Bilal Hayenin Azərbaycanda səmərəli fəaliyyəti haqqında danışıb.

 

Qeyd olunub ki, dost və qardaş Pakistan xalqının dəstəyini Azərbaycan xalqı hər zaman hiss edib və bu dəstəkdən məmnun olub:

 

“Mən sizə öz adımdan, həmkarlarımın adından gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. İnanıram ki, Azərbaycana olan sevginiz, məhəbbətiniz sonrakı fəaliyyətinizdə də davam edəcək. Biz sizinlə çox gözəl ideyaları gerçəkləşdirdik, həm ADU-da, həm də Pakistanda qarşılıqlı elmi, mədəni əlaqələrimizin qurulması baxımından son dərəcə mühüm layihələrə imza atdıq. Əlbəttə, bütün bunlar olduqca vacib tarixi hadisələr idi.

 

Ümid edirəm ki, bu işlər davam edəcək və universitetlər arasında elmi, mədəni əlaqələr daha da inkişaf edəcək. Bir daha sizə işinizdə uğurlar arzu edirəm”.

 

Qonaqpərvərliyə və xoş sözlərə görə təşəkkürünü bildirən səfir ADU-da keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən, tələbələrin bilik və bacarıqlarından danışıb.

 

Qeyd olunub ki, ADU son illər beynəlxalq əlaqələrin qurulması, inkişaf etdirilməsi baxımından bir sıra uğurlara imza atıb.

 

Görüş gələcək elmi əməkdaşlığın yeni istiqamətləri ətrafında müzakirələrlə davam edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi