Modern.az

Neftçalada Füzulinin 530 illik yubileyi qeyd olundu - FOTO

Neftçalada Füzulinin 530 illik yubileyi qeyd olundu - FOTO

Aktual

27 May 2024, 20:42

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2024-cü il Sərəncamına uyğun olaraq Neftçala rayon Uşaq incəsənət məktəbində Şirvan - Salyan Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub.

 

Modern.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan - Salyan Regional Mədəniyyət idarəsinin müdiri Şahin Şahbazov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, şəhid ailələri, ədəbiyyatsevərlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər dahi Azərbaycan şairi Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkar olması, hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdən olması vurğulanıb. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaradan, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırması haqqında iştirakçılara məlumat veriblər.

 

Tədbir Şirvan - Salyan Regional Mədəniyyət idarəsinin hazırladıqları kompozisiyalar ilə davam edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi