Modern.az

Ermənistan müharibədən sonrakı reallığı dərk edərək sağ qaldı - Paşinyan

Ermənistan müharibədən sonrakı reallığı dərk edərək sağ qaldı - Paşinyan

Aktual

28 May 2024, 12:54

Ermənistanın Baş naziri Nikol Paşinyanın Respublika Günü münasibətilə xalqına təbrik ünvanlayıb.

Modern.az xəbər verir ki, Paşinyan təbrikində 2020-ci ilin 44 günlük müharibəsindən sonrakı Ermənistan Respublikasından bəhs edib.
Bildirib ki, müharibədən sonra Ermənistan Respublikasından reallığı yeni dərk edərək, yeni düşüncə modellərinin formalaşması sayəsində sağ qaldı.
 

“Bu yeni təfəkkür formaları və yeni perspektivlər göstərir ki, daim dəyişən dünyada daim dəyişmək və inkişaf etmək, çağırışlara və məqsədlərə uyğun qərarlar qəbul etmək bacarığı dövlətin uzunömürlülüyünün düsturu, əsas şərtidir.

Hökumətimiz Ermənistan Respublikasına məhz bu yolla rəhbərlik edir və başa düşür ki, həyat qabiliyyətli olmaq dövlətçiliyi, özünəməxsusluğu, dəyərləri qorumaq və inkişaf etdirmək, azadlıq, təhlükəsizlik və rifah qura bilmək deməkdir.

Real Ermənistan strategiyası məhz bundan ibarətdir. Amma həm də o azadlıq kifayət deyil - ədalət lazımdır, təhlükəsizlik kifayət deyil - sülh lazımdır, firavanlıq kifayət deyil - xoşbəxtlik lazımdır, canlılıq kifayət deyil - şənlik lazımdır.

Ehtiyatlıyıq, çətin işlərlə məşğuluq, amma bu yolla gedirik. Çoxlarının fikrincə, biz yavaş-yavaş irəliləyirik. Biz fasiləsiz hərəkət edirik və üfüqdə əziz məqsədimizi görürük”, - Paşinyan deyib

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi