Modern.az

Baş prokurorluq ANAMA əməkdaşının minaya düşməsi ilə bağlı məlumat YAYDI

Baş prokurorluq ANAMA əməkdaşının minaya düşməsi ilə bağlı məlumat YAYDI

Aktual

28 May 2024, 13:20

Mayın 28-də Ağdam rayonunun işğaldan azad edilmiş Sırxavənd kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Modern.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti daxil olmuş sorğulara cavab olaraq bildirib.

 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər icra olunub.

 

Hazırda Hasil Yusubovun vəziyyəti stabil olmaqla müalicəsi xəstəxanada davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi