Modern.az

Gürcüstan səfirliyindən Müstəqillik Günü TƏBRİKİ

Gürcüstan səfirliyindən Müstəqillik Günü TƏBRİKİ

Aktual

28 May 2024, 15:10

Gürcüstanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Dövlət Müstəqilliyinin 106-cı ildönümü münasibətilə təbrik edib.

 

Modern.az-ın məlumatına görə, səfirliyin “Facebook” hesabındakı təbrikdə deyilir:

 

“Gürcüstan Səfirliyi dost və qardaş Azərbaycan Respublikasını və xalqını Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, sülh, firavanlıq və uğurlar arzulayır!

 

Ölkələrimiz arasında əsrlər boyu qurulmuş mehriban qonşuluq və dostluq münasibətləri, strateji tərəfdaşlıq Gürcüstan üçün çox dəyərlidir.

 

Gürcüstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq və sıx əlaqələr iki ölkə xalqının rifahı naminə bundan sonra da uğurla inkişaf edəcəkdir”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi