Modern.az

II Qaregin Sardarapat kompleksinə buraxılmadı - VİDEO

II Qaregin Sardarapat kompleksinə buraxılmadı - VİDEO

Aktual

28 May 2024, 16:00

Ermənistan polisi bütün ermənilərin katolikosu II Qareginin Sardarapat memorial kompleksinə daxil olmasına maneçilk törədib.

Modern.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, polis zəncir şəklində düzülüb və II Qaregini Sardarapat memorial kompleksinə buraxmayıb.

Bununla bağlı sosial şəbəkələrdə video da yayımlanıb.

Qeyd edək ki, ənənəyə uyğun olaraq, mayın 28-də bütün ermənilərin katolikosu II Qaregin Sardarapat memorial kompleksini ziyarət edir, abidə önünə əklil qoyur. Daha sonra Ermənistan Respublikası uğrunda həlak olanların ruhuna dua oxuyur.

Ermənistanda ali hakimiyyət nümayəndələrinin Sardarabat abidəsini ziyarət etməsi çox önəmli sayılır. 1918-ci il mayın 21-dən 29-na qədər davam etmiş Sardarabat döyüşündə erməni qoşunları Osmanlıya qalib gəlmişdilər. Daha sonra paytaxtı İrəvan olan Ermənistan Respublikası elan olunmuşdu.
 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi