Modern.az

Kürün Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi AZALIB

Kürün Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi AZALIB

Aktual

28 May 2024, 18:09

Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.

 

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Modern.az-a bildirib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 502 sm təşkil edir.

 

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi