Modern.az

Azərbaycan beynəlxalq arenada nüfuza malikdir

 Azərbaycan beynəlxalq arenada nüfuza malikdir

Aktual

28 May 2024, 20:58

Azərbaycan beynəlxalq münasibətlərin fəal iştirakçısıdır və Cənubi Qafqaz regionunda mühüm rol oynayır.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Müstəqillik Günü münasibətilə Moskvada keçirilən təntənəli qəbulda iştirak edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

 

Ətraflı

"Biz səmimi qəlbdən şadıq ki, dost Azərbaycan öz milli gününü yüksələn xətlə qeyd edir. Ölkə beynəlxalq münasibətlərin fəal iştirakçısıdır və Cənubi Qafqaz regionunda mühüm rol oynayır və beynəlxalq aləmdə nüfuza malikdir", - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

 

Qaluzin qeyd edib ki, Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda iştirak etməkdən şaddır: “Bizim mehriban qonşumuz, strateji tərəfdaşımız və etibarlı müttəfiqimiz olan Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda iştirak etməkdən məmnunam Şadıq ki, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunan razılaşmalar əsasında bizim müttəfiqlik əməkdaşlığımız bütün sahələrdə mütərəqqi şəkildə inkişaf edir. Bura siyasi dialoq və beynəlxalq arenada qarşılıqlı fəaliyyət daxildir. Bunlar bizim çoxşaxəli ticarət-iqtisadi, mədəni-humanitar əlaqələrimizdir".

 

Rusiyalı diplomat Azərbaycan prezidenti İlham Əliyevin bu il Moskvaya səfərinin iki ölkə arasında əlaqələrə müsbət dinamika verdiyini söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi