Modern.az

ABŞ-da hərbi təyyarə qəzaya uğradı

ABŞ-da hərbi təyyarə qəzaya uğradı

Aktual

29 May 2024, 07:54

Amerikanın Albukerke şəhərində (Nyu Meksiko) hərbi təyyarə hava limanında qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.

 

Təyyarədə bir pilot olub, o, xəstəxanaya aparılıb. Hadisədən sonra hava limanı fəaliyyətini bərpa edib.

 

ABŞ-ın "Daily Express" portalının məlumatına görə, havaya qalxdıqdan az sonra qəzaya uğrayan "F-35" qırıcısı ola bilər. Amma hələlik rəsmi qurumlardan və ya hərbçilərdən heç bir rəsmi açıqlama yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı