Modern.az

Narkotikin təsiri altında maşın idarə edən sürücülər saxlanıldı

Narkotikin təsiri altında maşın idarə edən sürücülər saxlanıldı

Aktual

29 May 2024, 10:04

Oğuzda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən olunub.

 

S.Mustafayev, C.Həmzəyev, F.Qasımov və E.Bəşirov idarə etdikləri avtomobillərlə yol-hərəkəti qaydalarını pozduqları üçün polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıblar. Yoxlamalar zamanı onların narkotik vasitənin təsiri altında olmalarına dair şübhələr olduğundan müayinədən keçiriliblər. Müayinənin də nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitədən istifadə etdikləri məlum olub.

 

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı