Modern.az

Moskvanın Xankəndidə konsulluq açmaqda niyyəti nədir? - Rusiyadan CAVAB

Moskvanın Xankəndidə konsulluq açmaqda niyyəti nədir? - Rusiyadan CAVAB

30 May 2024, 11:07

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Qriqori Karasin bildirib ki, Moskva yaxın vaxtlarda Xankəndidə Baş konsulluq açmaq niyyətindədir.

“İkitərəfli məsələlərdən Xankəndidə Baş konsulluğun açılmasını qeyd edərdim. Bunun üçün yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və dəstəyinizə ümid edirik”, - Q. Karasin görüş zamanı azərbaycanlı həmkarlarına müraciət edərək bildirib.

Onun sözlərinə görə, konsulluğun 2024-cü ildə açılması ideal olardı.

İddialara görə, Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi bu sahədə olan fərqi azaltmaq üçündür. Azərbaycanın Rusiyada iki konsulluğu fəaliyyət göstərir. Rusiya da Azərbaycandakı konsulluğunun sayını artırmaq istəyir.

Bəs Rusiyanın Xankəndidə konsulluq açmaqda niyyəti nədir?



Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az- bildirib ki, konsulluğun açılması ilə Rusiya-Azərbaycan münasibətləri daha da genişlənəcək:


“Bu, mühüm siyasi, simvolik addımdır. Rusiya əvvəllər də Xankəndini Azərbaycan ərazisi hesab edirdi. Bu həm də perspektiv açır ki, Rusiya şirkətləri Qarabağa gəlsin. Biz bilirik ki, Rusiya şirkətləri Qarabağda quruculuq işlərində iştirak etmək istəyir. Eyni zamanda rusiyalı turistlər Qarabağa gəlməyə başlayacaq. Çünki eyni zamanda Qarabağ turistik bölgədir. Ümid edirik ki, yaxın zamanda konsulluğun açılması reallaşacaq və iki ölkə arasında münasibətlər daha da güclənəcək”.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı