Modern.az

Şəkər xəstəliyinin yaranma səbəbləri: gündə 5000-dən az addım...

Şəkər xəstəliyinin yaranma səbəbləri: gündə 5000-dən az addım...

30 May 2024, 14:34

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanları sayı son illər artıb. Diabet xalq arasında "şəkər xəstəliyi"  kimi bilinən günümüzün ən çox yayılmış xroniki xəstəliklər arasındadır.
Son məlumatlara görə, dünyada 415 milyon diabet xəstəsi var. 2040-cı ildə bu rəqəmin 642 milyona çatacağı proqnozlaşdırılır. Şəkərli diabet son illər uşaq və gənclərdə də çox rast gəlinən bir xəstəlik halına gəlib.
 

Mövzu ilə bağlı Modern.az-a danışan endokrinoloq Zümrüd Babayeva şəkərli diabetin artmasının səbəblərini belə izah edir:


“Qeyri-infeksion xəstəliklərdən yeganə şəkərli diabet xəstəliyidir ki, get-gedə artır. Onu 21-ci əsrin epidemiyasi adlandırırlar. Baxmayaraq ki, infeksion xəstəlik deyil. Səbəb ətrafımızdakı faktorlar - hərəkətsizlik və qidalanmamızdır. Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi bir qayda var ki, 5000-dən az addım atan insanlar oturaq həyat tərzi sürən insanlardırlar. Baxın, nə qədər insan bu qaydaya uyğun yaşayır? Digər səbəb qidalardır. Qeyd etmək lazımdır ki, bu xəstəlik uzun mərhələli olub,  illərlə çəkir. 

Şəkərli diabet xəstəliyi qanda insulin adlandırılan hormonun keyfiyyətinin pozulması hesabına yaranır, qanda şəkərin səviyyəsi tənzimlənmir və yüksəlməyə başlayır. Bununla da şəkərli diabet xəstəliyi yaranır. Xəstəlik özü ilə birlikdə xeyli ağırlaşmalara səbəb olur. Kifayət qədər böyük problemdir. 

Şəkərli diabet xəstəliyinin əlamətlərini sayırıq, amma bunlar özünü göstərəndə gec olur. Çünku bu xəstəlik çox səssiz davam edir. Başlayandan 3-4 il, hətta 5 il sonra sonra özünü biruzə verirr. Müəyyən risk qrupu xəstələr var ki, onlar mümkün qədər çalışmalıdırlar ki, tez-tez yoxlansınlar. Çəkisi çox olan, ailəsində şəkər xəstəliyi olan, təzyiqi olan şəxslər risk qrupuna daxildirlər. Bu şəxslər üçün ən azı ildə bir dəfə qan şəkərini yoxlatmaq vacibdir.

Halsızlıq, yorğunluq, ağız quruluğu ilkin əlamətlər hesab olunur. Diaqnostikası çox asandır. Qan şəkəri ölçülür, bununla da müəyyənləşdirilir. Xəstəliyin yaranmasında genetik yaxınlıq ön plandadır. Yaxınlarında şəkərli diabet olan insanlar risk daşıyırlar. Günümüzdə artmasının əsas səbəbi isə piylənmə, oturaq həyat tərzi, bol karbohidratlı qidalanmadır, eyni zamanda bilməliyik ki, bu xəstəlik çoxsəbəblidir. Diabet yeni doğulan uşaqda da, 80 yaşında olan şəxsdə də yarana bilir. Ən sıx orta və yuxarı yaş insanlarda rast gəlinir”. 


Həkimin sözlərinə görə son 3-5 ayda qanda şəkər səviyyəsinin nə qədər olması araşdırılmalı, "gizli şəkər" analizi təyin olunmalıdır:


“Şəkərli diabet xroniki xəstəlik kimi inkişaf edir, yüngül formadan ağır formaya tədricən keçir, yəni insulindən asılılıq tədricən baş verir. Şəkərli diabet zamanı kəskinləşmə halları daha çox vaxtında və düzgün aparılmayan  müalicə nəticəsində baş verir. Bu cür vəziyyətə həmçinin kəskin və xroniki infeksiyalar, intoksikasiyalar və qaraciyər xəstəlikləri qoşulur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri