Ayrı-ayrı vətəndaşların bank kartı məlumatlarının əldə edilməsi ilə bağlı 23 fakt üzrə polisə müraciət daxil olub.
Modern.ax xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.
O, qeyd edib ki, məbləğlər – 11 000, 230, 1 300, 500, 300, 23, 480, 385, 1 050, 907, 917, 5 400, 50, 310, 42, 17, 280, 1 042, 364, 1 050, 2 500, 544, 367 manat olub.
“Kartda olan məbləğin azlığına-çoxluğuna baxılmır. Nə qədər varsa oğurlanır. Əgər kartınızda pul yoxdursa, naməlum şəxs sizə geri zəng edib başqa kart məlumatları istəyəcək. Diqqətli olun”, - E.Hacıyev qeyd edib.