Modern.az

Kəmaləddin Heydərov xanım zabitə yüksək vəzifə verdi

Kəmaləddin Heydərov xanım zabitə yüksək vəzifə verdi

Aktual

31 May 2024, 08:53

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə yeni rəis təyin edilib.

 

Modern.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Vəfa Dadaşova təyin olunub.

 

Qeyd edək ki, ötən ilin sentyabrında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva, ötən ilin dekabrında isə Tibb Xidmətinin rəisi polkovnik Pərviz Vəliyev vəzifələrindən azad ediliblər.

 

Vəfa Dadaşova hər iki şəxsin vəzifəsini icra edirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal