Modern.az

Eşitmə itkisi ən çox nədən yaranır? - LOR cərrahı ilə MÜSAHİBƏ

Eşitmə itkisi ən çox nədən yaranır? - LOR cərrahı ilə MÜSAHİBƏ

Aktual

31 May 2024, 11:48

Referans Poliklinik Əhmədli filialnın LOR cərrahı Op. Dr. Nuray Şükürova ilə son zamanlar geniş yayılan burun, qulaq, boğaz xəstəlikləri ilə bağlı Modern.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.


- Müsahibə üçün təşəkkür edirik. Burun, qulaq, boğaz həkimi kimi sizə ən çox hansı xəstəliklər üçün müraciət edilir?


- Həkimə müraciət edəcək dərəcədə şikayət yaradan ağrı adətən qulaq ağrısı olur. Daha kəskin ağrı olduğu üçün... Ancaq tənəffüs problemi ve boğaz ağrısı kimi şikayətləri də gözardı etməməliyik.


- Yaz aylarında insanlarda tez-tez burun tutulması müşahidə edilir. Bunun səbəbləri nələrdir?

 

- Yaz aylarında bitkilərin tozlanma və çiçəkaçma dövrü olduğu üçün allergik rinitli şəxslərin, burunaxma və asqırma, burun tənəffüsünün pozulması şikayətləri artır. O səbəbdən hər ilin yaz ve payızın əvvəli spesifik antiallergik müalicəyə başlamaq lazımdır ki, proses dahada kəskinləşməsin ve ağırlaşmalara səbəb olmasın.

- Hamiləlik zamanı da qadınlarda adətən burun tıxanıqlığı müşahidə olunur. Bəs bu nə ilə əlaqədardır?


Hamiləlik dövrü qadının orqanizmindəki fiziloji dəyişikliklərdən biri də burun içərisində burun balıqqulaqlarının (burun ətlərinin) damarlarının genişlənməsi hesabına ölçüsünün böyüməsidir. Bu isə öz növbəsində nəfəs darlığı ilə özünü göstərir. Ancaq bu hal müvəqqətidir ve hamiləlik müddəti üçün keçərlidir. Hansısa dərman müalicəsi etməkdən mümkün qədər qaçınırıq bu dövrdə.

 

- Son zamanlar dünyada, eləcə də Azərbaycanda burunun estetik əməliyyat edilməsi məşhurlaşır. Belə əməliyyatların burunun fəalliyyətinə fəsadlar verə bilərmi?

 

- Burun estetik əməliyyatını icra edən LOR cərrahın 2 məqsədi var. Burnu pasientin üzünə yaraşacaq şəkildə əməliyyat etmək ve bunu edərkən nəfəs almanı pozan əlamət var ise ( burun çəpəri əyriliyi, burun balıqqulağının böyük olması, adenoid toxuması ve s,) onu aradan qaldırmaq. Düzgün texnika ile icra olunmuş rinoseptoplastikanın heç bir fəsadı olmaz.


- Tənəffüs yollarında bəzən anadangəlmə, bəzən sonradan yaranmış darlıqlar olur. Bunların tam müalicəsi mümkündürmü?


- Bəli. Burun tənəffüsünü pozan səbəb çox asanlıqla aşkarlana bilir. Endoskopik müayinə kifayətdir. Bir qayda olaraq bu səbəb dərman və ya cərrahi üsulla müalicə oluna bilir. Yetər ki, gecikdirilməsin ve əlave ağırlaşmalara səbəb olmasın. Çünki düzgün olmayan burun tənəffüsü, yanında - qulaq problemi, burunətrafı ciblərin iltihabı yəni sinusit  ile ağırlaşa bilir ki, bu zaman əməliyyatın həcmi artmiş olur. 

- Ölkəmizdə eşitmə itkisi ən çox hansı xəstəliklər səbəbindən yaranır?


- Eşitmə azlığının iki fərqli mexanizmi var: 1. Eşitmə siniri ile əlaqədar olan sensonevral ağıreşitmə - bu geri dönməyən eşitmə azlığıdır ve müalicəsi yoxdur.  2. Konduktiv eşitmə azlığı, hansı ki, vaxtında olunan müdaxilə ilə geri dönə bilir. Təbii ki, zamanında aşkarlanıb ve müdaxilə olunarsa. Əgər eşitmədə  hər hansı şikayət yaranarsa tez bir zamanda mütəxəssisə müraciət olunmalıdır.  Ən çox üzərində dayanmaq istədiyim hissə odur ki, mütləq şəkildə yenidoğulmuş körpələr eşitmə skrininq testindən keçirilməlidir. Bəzi doğum evlərində bu icra olunsada hamisinda yoxdur ve valideynlər bilgili olmalıdır. Bu sonrakı geridönməz dəyişikliyin qarşısını ala biler. Çünki nə qədər tez aşkarlanarsa (həyatın ilk 2 ilində) koxlear implant əməliyyatı ilə möcüzəvi nəticələr əldə edilir. Bu əməliyyatla, doğuşdan eşitmə əngəlli körpə, cəmiyyətə qazandırılır.

 

- Sinusit xəstəliyinin müalicəsində ən son hansı yeniliklər tətbiq edilir?

 

- Sinusit adından göründüyü kimi iltihabi xəstəlikdir. Gecikdirmədən həkim təyinatı ilə icra olunan adekvat antibiotik terapiya ilə kəskin sinusit tam müalicə olunur. Ancaq müalicə olunmazsa ve ya yarımçıq, yalnış müalicədə, proses xroniki formaya keçəcəkdir. Belə olduğu təqdirdə isə mualicə adətən cərrahi olur. 

 

- Qulaq iltihamlanması ən çox nədən baş verir?

 

- Əgər söhbət orta qulaq iltihabından,  yəni orta otitdən gedirsə,  bu zaman  ən əsas səbəb burun tənəffüsündəki problemdir. Yuxarlda qeyd etdiyim kimi burun tənəffüsündəki problem orta qulağın havalanmasını pozduğu üçün qulaq iltihablanmağa başlayır ve bu zaman yalnış olaraq qulaq damlaları ilə müalicə etməyə çalışırlar. Halbuki müalicə istiqaməti tam fərqlidir.

 

- Uşaqlarda qulaq, burun və boğaz xəstəliklərinin müalicəsinə böyüklərdən fərqli olaraq necə yanaşmaq lazımdır?

 

- Çox ciddi fərqlər qeyd edilmir. Anatomik özəlliklərə görə bir sıra yanaşma fərqi vardir. Məsələn adenotomiya ve tonzillektomiya kimi emeliyyatları daha çox uşaqlarda icra etdiyimiz halda, burun çəpəri əyriliyinin cərrahi korreksiyasını daha çox yetişkinlərdə icra edirik. Ancaq bu o demək deyil ki, yetişkinlərdə  adenoidə rastlamırıq  ve ya yeniyetmə yaşında septoplastika heç icra etmək olmaz. Bu istisnalar her zaman vardır.

 

- Qulaq, burun, boğaz xəstəkiklərinin müalicəsində dünyada ən son hansı yeniliklər müşahidə edirsiniz?

 

- Bütün sahələrdə olduğu kimi Otorinolarinqologiyadada daim yeni yanaşmalar, yeni müalicə taktikaları, var olan əməliyyat üsullarımızda bir sıra modifikasiyalar vardır. Çalışdığımız isə odurki hər zaman əlimizdən gələnin ən yaxşısını etməkdir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər