Modern.az

Asiyanın ən zəngin adamının arvadı 60000 dollarlıq “qızıl su” içir - FOTOLAR

Asiyanın ən zəngin adamının arvadı 60000 dollarlıq “qızıl su” içir - FOTOLAR

1 İyun 2024, 12:02

Asiyanın ən varlı adamının arvadı Nita Ambani məşhur dizayner Fernando Altamirano tərəfindən hazırlanmış xüsusi şüşədə gələn “Acqua di Cristallo Tributo a Modigliani” adlı su içir.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 karatlıq qızıl qabda saxlanılan su İslandiyadan gətirilən buzlaq suları ilə Fransa və Ficidən gətirilən təbii bulaq suyunun qarışığıdır.

Məlumata görə, hər şüşənin qiyməti 60 min dollardan çoxdur. Suyun özünə də 5 q qızıl qatılıb.
 

Bu su Ginnesin Rekordlar Kitabına düşüb.
 

60 yaşlı Nita Ambaninin “qızıl suyu” sayəsində qüsursuz dəriyə sahib olduğu deyilir.

Nita Ambani Asiyanın – həm də Hindistanın ən varlı adamı sahibkar Mukeş Ambaninin arvadıdır.

Mukeş Ambani Hindistanda enerji, neft-kimya, tekstil, təbii ehtiyatlar, pərakəndə satış və telekommunikasiya sektorlarında biznesləri olan “Reliance Industries” şirkətinin rəhbəri, idarəedici direktorudur. İş adamının 2020-ci ildə sərvəti 64,6 milyard dollar olaraq qiymətləndirilib.

O, uzun müddətdir ki, Nita Ambani ilə evlidir, cütlüyün üç övladı var - Akaş, Anant və İşa.

Mukeş Ambani 67 yaşındadır.




A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var