Modern.az

Metrodakı ölüm faktı ARAŞDIRILIR

Metrodakı ölüm faktı ARAŞDIRILIR

Aktual

2 İyun 2024, 17:13

Nəsimi rayon Prokurorluğu metronun “28 May” stansiyasında qeydə alınmış ölüm faktını araşdırır.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

“İyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır”, - prokurorluqdan bildirib.

 

Qeyd edək ki, bu gün saat 13:08-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyasından sərnişinin qatar yoluna düşməsi səbəbi ilə çağırış daxil olub. TƏBİB-dən verilən məlumata görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 68 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı