Modern.az

“Ortaq Türk Qiymətləndirmə Standartları hazırlanacaq”

“Ortaq Türk Qiymətləndirmə Standartları hazırlanacaq”

31 May 2024, 19:39

Bu gün Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) Sədrlər Şurasının iclası keçirilib. İclasda Şuranın gələcək fəaliyyət istiqamətləri barədə ətraflı müzakirələr aparılıb və mühüm qərarlar qəbul edilib.

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Modern.az-a açıqlamasında bildirib ki, cəmiyyətə əsas mesajları odur ki, türk dövlətləri necə ki, digər istiqamətlərdə birləşə bilirlər, eyni zamanda qiymətləndiricilər olaraqda, bir araya gəlmək imkanları var:

 

“Bu məqsədlə biz bütün türk dövlətlərini bir araya yığdıq. İlk təşəbbüs Azərbaycandan gəldi. Azərbaycandan gələn təşəbbüsü Türkiyə davam etdirdi. Daha sonra Orta Asiya bu təşəbbüsə qoşuldu. CAATS bir il öncə Qazaxıstanda təsis olundu. Bir il ərzində biz qurumun sənədləşmə işlərini həyata keçirdik. 
Qurumun mərkəzinin İstanbul şəhərində olmasını qərarlaşdırdıq. Bundan əlavə qurumun beynəlxalq qiymətləndirmə qurumları ilə əlaqə yaratması istiqamətində addımlar atdıq.

 

Bu toplantıda yeni rəhbərlik seçildi. Yeni rəhbərliyin qarşısında duran məsələlər ondan ibarətdir ki, bu qurum beynəlxalq arenada öz sözünü deməyə çalışsın. 


Ortaq Türk Qiymətləndirmə Standartlarını hazırlayacağıq. Belə bir komissiyanın hazırlanması artıq reallaşıb. Eyni zamanda bu qurumu daha da inkişaf etdirmək üçün müəyyən strukturların yaradılmasına çalışacağıq. Sabah bizim beynəlxalq forumumuz keçiriləcək. Qlobal səviyyədə qiymətləndirmə sektorunun qarşısında duran problemlər müzakirə olunacaq”,- sədr qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri