Modern.az

Goranboyda Uşaqlar Günü qeyd olunub - FOTO

Goranboyda Uşaqlar Günü qeyd olunub - FOTO

Aktual

3 İyun 2024, 08:24

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev parkında “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivi, valideynlər iştirak etdi.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və deputat Anar Məmmədov “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik ediblər və onlara göstərilən diqqət və qayğıdan danışıblar. Ümummilli Liderimiz Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayıb. Bu gün həmin siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal təhsili, sağlamlığı və əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Uşaqları təbrik edən icra başçısı Məhərrəm Quliyev və deputat Anar Məmmədov onlara uğurlar diləyiblər.

 

Tədbirdə, istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi