Modern.az

AFFA \"Qəbələ\" klubuna 700 min manat ayırdı

AFFA \

3 İyun 2024, 18:07

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında “Qəbələ” klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700000 manat maliyyə vəsaitinin ayrılması ilə bağlı qərar qəbul edilib.

 

Modern.az qurumun mətbuat xidmətinə istinadən bildirir ki, bu xüsusda “Qəbələ” klubuna dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, "Qəbələ" 2024/2025 mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular