Modern.az

Vilayət Eyvazov Oğuzda vətəndaşları qəbul edəcək - FOTO

Vilayət Eyvazov Oğuzda vətəndaşları qəbul edəcək - FOTO

Aktual

4 İyun 2024, 10:08

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən 2024-cü il iyun ayının 25-də Oğuz Rayon Polis Şöbəsinin inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

 

DİN-dən Modern.az-a bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 24.06.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

 

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Vilayət Eyvazov Oğuzda vətəndaşları qəbul edəcək - FOTO

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var