Modern.az

Kitayski MAŞIN

Aktual

4 İyun 2024, 12:14

Avtomobil sovet adamı üçün lüks idi. O, ruslar üçün nəqliyyat vasitəsinə SSRİ dağılandan sonra çevrildi. Rusiya avtomobil sənayesini inkişaf etdirdiyi üçünmü? Yox, təbii ki. Dünyanın bütün maşın markaları rus bazarını istila etməklə…

Bu gün modern dünyadan təcrid olunmuş Rusiya yenə böhranla üz-üzədir. Bütün ehtiyacını əsasən Çin istehsalı olan “kitayski” maşınlarla qarşılayır. Arada gözdən pərdə asmaq üçün “öz maşınlarımızı buraxırıq” deyə nağıllar da uydururlar…


Keçən həftə "Volqa"nı “dirildib” şou yapmaq istədilər. Yenilənmiş “QAZ”ın təqdimatına Baş nazir Mişustin də gəlmişdi. Gələn kimi də yerli “istehsalçıya” elə bir “naqonyay” (нагоняй) verdi ki. Qarşılarındakı yeni “Volqa” Çinin “Changan” avtomobilinin eynisi idi. Heç bir detalı ilə o maşınından fərqlənmir. Mişustin dilxor vəziyyətdə sükan arxasına keçdi. Və gözlərinə inanmadı – sükanın üzərində belə “Changan” emblemi var idi. Baş nazir baxışları ilə “Maşın bir yana, sükan damı düzəldə bilmədiniz?” deyirdi. Bir sükan belə düzəldə bilməyən bir ölkə…

Elə buna görə də orta nəsil Sovetin xiffətini edir, Sovetə qayıtmaq istəyir. Sovetdə isə çeşid yoxdu. Yazıq xalqın seçimi kasad idi. “Volqa” ala bilməzdilər – çox bahalıydı; qalırdı ya “Moskviç” ya da “Jiquli”. Onda da üstünlüyü “Jiquli”yə verirdilər – O da əsli italyan “Fiat” olduğu üçün…

Bu ölkə avtomobil istehsal edə bilməyib və etməyəcək də. İndi qayıdıb “Bəs bu ölkə kosmosa nə ilə uçub?” deməyin. “Kosmosa da “Changan” kimi oğurluq texnika ilə uçmayıblarmı?”, – suala sualla cavab verim…

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?