Modern.az

Şəhid Rüfət Cabbarov Siyəzəndə dəfn olundu

Şəhid Rüfət Cabbarov Siyəzəndə dəfn olundu

Aktual

4 İyun 2024, 16:00

Birinci Qarabağ müharibəsi şəhidi Rüfət Cabbarovun cəsədinin qalıqları iyunun 4-də Siyəzən rayonunun Dağ Quşçu kəndində dəfn olunub.

 

Modern.az xəbər verir ki, 1992-ci ilin oktyabr ayında Ağdərədə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 32 il sonra doğma yurdunda torpağa tapşırılıb.

 

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Siyəzən Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və kənd sakinləri iştirak ediblər.

 

Cabbarov Rüfət Məmmədhüseyn oğlu 9 iyun 1971-ci ildə Siyəzən rayonunun Dağ Quşçu kəndində doğulub. Keçmiş sovet ordusunda xidmət keçib. Birinci Qarabağ müharibəsində cəbhəyə könüllü yollanıb. Ağdərə rayonunun yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 4 oktyabr 1992-ci ildə Ağdərənin Çıldıran kəndində şəhidlik zirvəsinə yüksəlib. Rüfətin şəhid olduğu müəyyənləşsə də, dəfn edildiyi yer barədə məlumat yox idi.

 

Aparılan araşdırmalardan sonra Rüfət Cabbarovun Tərtərin Şəhidlər Xiyabanında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib.

 

Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına güllər düzülüb, əklil qoyulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!