Modern.az

Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı dəyişdi

Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı dəyişdi

Aktual

4 İyun 2024, 17:54

Döyüş təyinatlı hərbi texnika və hərbi silahın satışı, idxalı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısından çıxarılır.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin iyunun 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Eyni zamanda döyüş sursatının satışı, idxalı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısından çıxarılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!