Modern.az

Xırdabuynuzlu heyvanları oğurlayan qohumlar saxlanıldı

Xırdabuynuzlu heyvanları oğurlayan qohumlar saxlanıldı

5 İyun 2024, 10:50

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Rəhimli kənd sakinləri gecə saatlarında onlara məxsus tövlələrdən xırdabuynuzlu heyvanların oğurlandığını bildiriblər. 

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törədən Nahid Tahiroğlu və  qohumu İnqilab Səlimov saxlanılıb. Onlar oğurladıqları xirdabuynuzlu heyvanları Şamaxı rayonunda satdıqlarını, əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər. 

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?