Modern.az

“Türk dünyası zəncir kimi bağlanmalıdır" - Zorlu Töre

“Türk dünyası zəncir kimi bağlanmalıdır

Aktual

6 İyun 2024, 16:12

“Türk dünyası zəncir kimi bağlanmalıdır. Bizi bir-birimizə qarşı düşmənə çevirmək istəyənlər olacaq, lakin biz onlara qarşı mübarizə aparacağıq. Yolumuza davam etməliyik”.

 

Modern.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclasında deyib.

 

O, türk dünyası arasında düşmənçilik salmaq istəyənlərə qarşı birləşməyin vacibliyini vurğulayıb:

 

“Türk dövlətləri olaraq bir-birimizə daha çox birləşməliyik. Düşünməliyik və düşüncələrimizi layihəyə çevirərək tətbiq etmə mərhələsinə qoymalıyıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?