Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün “İYİ” partiyasının keçmiş sədri Meral Akşenerlə görüş keçirəcək.
Modern.az “NTV” portalına istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 18:00-da Beştepedə başlayacaq.
Tərəflərin bir sıra məsələləri müzakirə edəcəyi bildirilir.
Görüşdən sonra hər hansı açıqlamanın verilməsi gözlənilmir.