Modern.az

Oğurladığı kartla alış-veriş etdi

Oğurladığı kartla alış-veriş etdi

Aktual

6 İyun 2024, 10:47

İyunun 5-i saat 03 radələrində Qala qəsəbəsinin ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyüb 35 manat pulunu, 2 ədəd mobil telefonunu və bank kartını əlindən alıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Sahib İsmayılov saxlanılıb. S.İsmayılov hadisədən sonra zərərçəkənin kartı ilə alış-veriş edib.

 

Araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!