Modern.az

Keçmiş məhkum yenə tutuldu

Keçmiş məhkum yenə tutuldu

6 İyun 2024, 15:10

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin əkib-becərilməsində şübhəli bilinən Elşən Bağırov saxlanılıb.

 

Modern.az xəbər verir ki, keçirilən baxış zamanı onun üzərindən marixuana, yaşadığı evin eyvanından isə dibçəklərdə əkib-becərdiyi 11 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

 

Qeyd edək ki, həmin şəxs 5 il əvvəl də külli miqdarda narkotik tərkibli bitkilər əkib-yetişdirdiyi üçün tutulub və məhkum olunub.

 

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!