Modern.az

Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alındı

Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alındı

6 İyun 2024, 16:30

Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə baxış keçirib.

Modern.az Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı yanacaq çəninin içərisindən müxtəlif adda 920 flakon, 515 konvolyut və 400 ədəd dərman preparatları, müxtəlif növ stomatoloji ləvazimatlar və 9 000 ədəd tütün məmulatı aşkar edilərək ölkə ərazisinə qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.

Gürcüstandan Azərbaycana gələn digər nəqliyyat vasitəsinin qoşqusunda isə kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 1 002 qutu pirotexniki vasitə aşkar edilib.

Aşkar olunan faktlarla əlaqədar Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi araşdırma aparır.

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?