Modern.az

“Aqroservis”in sədri Ucarda vətəndaşları qəbul edəcək

“Aqroservis”in sədri Ucarda vətəndaşları qəbul edəcək

Aktual

7 İyun 2024, 09:48

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

 

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov iyunun 14-də, saat 10:00-da Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

 

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

 

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-288-27-46) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

 

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var