Modern.az

Muxtar Babayev BMT-nin İşçi Qrupu ilə görüşüb

Muxtar Babayev BMT-nin İşçi Qrupu ilə görüşüb

Aktual

7 İyun 2024, 14:12

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev BMT-nin Azərbaycan nümayəndəliyi də daxil olmaqla BMT-nin İşçi Qrupu ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.

 

Bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və BMT-nin Ətraf Mühit Proqramının (United Nations Environment Programme – UNEP) nümayəndələri ilə qlobal iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün görülməli tədbirlər müzakirə edilib.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?