Modern.az

Blinken İsrailə getməyə hazırlaşır

Blinken İsrailə getməyə hazırlaşır

Aktual

7 İyun 2024, 15:23

ABŞ dövlət katibi Entoni Blinken iyunun 10-da İsrailə səfər edəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Blinkenin səfərinin Qəzza zolağında girovların azad edilməsi və anklavda atəşkəsin bərqərar edilməsi üzrə üç mərhələli razılaşmanın irəliləyişinə yönəlmiş səylər fonunda baş tutacağı bildirilir.

Mayın 31-də ABŞ prezidenti Co Bayden üç mərhələdən ibarət yeni sülh sazişi layihəsinin şərtlərini açıqlayıb.

Şərtlərə altı həftə ərzində tam atəşkəsə nail olmaq, İsrail qoşunlarının Qəzzanın məskunlaşmış bölgələrindən çıxarılması, yüzlərlə fələstinli məhbusun həbsdən azad edilməsi müqabilində HƏMAS hərəkatı tərəfindən girovların azad edilməsi kimi məsələlər daxildir.

Həmçinin bu müddət ərzində tərəflər danışıqlara başlamalıdır və atəşkəs qarşılıqlı anlaşma əldə olunana qədər qüvvədə olmalıdır

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?