Modern.az

Ailə Məcəlləsinə dəyişiklik təsdiqləndi

Ailə Məcəlləsinə dəyişiklik təsdiqləndi

Aktual

13 İyun 2024, 14:06

"Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 879-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

 

Dəyişikliklə məcəlləyə aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilib:

 

"2.4-1. həmin Qanunun 5-ci maddəsinin yeddinci hissəsində "qəyyumluq və himayə orqanları", 7-ci maddəsinin altıncı hissəsində "qəyyumluq və himayəçilik orqanı" və yeddinci hissəsində "qəyyumluq və himayə orqanı" dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur".

 

Bundan başqa, məcəlləyə 2.3–2.5-ci bəndlər aşağıdakı redaksiyada verilib:

 

"2.3. həmin Qanunun 14-cü maddəsinin adında və 14.0-cı maddəsinin birinci abzasında "qəyyumluq və himayə orqanları" dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur;

 

2.4. həmin Qanunun 16-cı maddəsinin adında, 16.2-ci və 16.3-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi nəzərdə tutulur;

 

2.5. həmin Qanunun 16.1-ci maddəsinin birinci abzasında "orqan (qurum)" dedikdə aşağıdakılar nəzərdə tutulur:

 

2.5.1. həmin Qanunun 16.1.1-ci, 16.1.3-cü, 16.1.5–16.1.7-ci maddələrinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

 

2.5.2. həmin Qanunun 16.1.2-ci və 16.1.4-cü maddələrinə münasibətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;

 

2.5.3. həmin Qanunun 16.1.8-ci maddəsinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;".

 

Eyni zamanda, məcəllədə aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilib:

 

"2.6. həmin Qanunun 16.1.5-ci maddəsində "qəyyumluq və himayə orqanları" dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var