Modern.az

Şimşək, arabir leysan - FAKTİKİ HAVA

Şimşək, arabir leysan - FAKTİKİ HAVA

Aktual

9 İyun 2024, 17:32

İyunun 9-u saat 16:30-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, iyunun 9-u saat 16:30-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

 

Naxçıvan, Göygöl, Şahdağ, Daşkəsən, Naftalan, Yevlaxda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Qərb küləyi arabir Daşkəsəndə 25-30 m/s-dək güclənib.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31-33, Naxçıvan MR-da 28-31, Aran rayonlarında 27-30, dağlıq rayonlarda isə 15-17 dərəcə isti olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?