Modern.az

Zərdabda narkokuryerlər SAXLANILDI

Zərdabda narkokuryerlər SAXLANILDI

10 İyun 2024, 09:18

Zərdabda iki narkokuryer saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkokuryerlik edən Rövşən Bayramlı və İzmir Rüstəmov saxlanılıblar. Onlardan 2 kiloqram tiryək, heroin, metamfetamin və marixuana, eləcə də 50 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

 

Araşdırmalarla adıçəkilən şəxslərin maddi gəlir qarşılığında İran vətəndaşı olan narkotacirə kuryerlik etdikləri müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanıb, R.Bayramlı və İ.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?