Modern.az

Həftəsonu 49 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Həftəsonu 49 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

10 İyun 2024, 11:18

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 8-də və 9-da ümumi çəkisi 49,4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, narkotik vasitələr 2,5 kiloqramdan çox heroin, 45,8 kiloqrama yaxın marixuana, 75 qram tiryək, 1 kiloqramdan artıq metamfetamin, həmçinin 60 metadon həbi və 23 kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?