Modern.az

Suriyadan Azərbaycana gətirilən şəxslərlə görüş olub

Suriyadan Azərbaycana gətirilən şəxslərlə görüş olub

11 İyun 2024, 09:30

Ombudsman nümayəndələri Suriyadan Azərbaycana repatriasiya edilən şəxslərlə görüşüb, onları hüquqları ilə bağlı məlumatlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

 

Bildirilib ki, Ombudsman nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüşərək, onlara göstərilən sosial xidmətlə yerində tanış olub, hüquqlarının təmini vəziyyətini araşdırıblar.

 

Repatriantlarla görüş zamanı onların sosial-psixoloji vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.

 

Vurğulanıb ki, Ombudsmanın nümayəndələrinə müəssisə rəhbəri və əməkdaşları tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş və nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

 

Qeyd edək ki, iyunun 4-də Suriyada düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının Azərbaycana repatriasiyası həyata keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi