Modern.az

BMU Banqkokda “Qlobal Davamlı İnkişaf Konqresi”ndə iştirak edir

BMU Banqkokda “Qlobal Davamlı İnkişaf Konqresi”ndə iştirak edir

Aktual

11 İyun 2024, 12:00

Bakı Mühəndislik Universiteti (BMU) “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşəbbüsü ilə Tailand Krallığının paytaxtı Banqkok şəhərində keçirilən “Qlobal Davamlı İnkişaf Konqresi”ndə iştirak edir.  Ali təhsil ocağını konqresdə beynəlxalq əlaqələr üzrə prorektor Ətrabə Gül və Beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin Ələkbərova təmsil edirlər.

 

İyunun 10-da başlayan tədbirdə dünyanın 100-dən çox ölkəsindən 3000-dən artıq qlobal lider və innovator “Davamlı inkişaf” ilə bağlı müzakirələrə qatılıb.

 

Konqres çərçivəsində Azərbaycan pavilyonunda BMU-niun stendi nümayiş olunur. Stenddə universitet haqqında doğun məlumatlar (maddi-texniki baza, müasir laboratoriyalar, tədris olunan ixtisaslar), "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində universitetdə keçirilən tədbirlər və s. yer alır.

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə tədbirdə Azərbaycan ali məktəblərindən, həmçinin ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Bakı Dövlət, Naxçıvan Dövlət, Sumqayıt Dövlət universitetləri də iştirak edirlər.

 

Tədbirin iyunun 13-dək davam etməsi nəzərdə tutulur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi