Modern.az

Blinkenin müavini Ermənistan-Azərbaycan münasibətləri haqda: “Əgər sülh olarsa...”

Blinkenin müavini Ermənistan-Azərbaycan münasibətləri haqda: “Əgər sülh olarsa...”

Aktual

11 İyun 2024, 12:32

Ermənistanda baş verən siyasi proseslər erməni xalqının demokratik ambisiyalarını əks etdirir. Hökumətin qanunun aliliyini əsaslı hala gətirərək, korrupsiyaya qarşı mübarizə aparmasına, insanlara öz fikirlərini demokratik şəkildə ifadə etməsinə imkanı verən böyük addımları görmək bizi ruhlandırır. Biz bütün bu səyləri dəstəkləyirik.

Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayen bu gün, iyunun 11-də bildirib.

“Birləşmiş Ştatlar həm də regionda davamlı sülhün bərqərar edilməsi səylərini dəstəkləyir, eləcə də iqtisadi imkanların genişləndirilməsinə çalışır. Biz bilirik ki, Ermənistan üçün təhlükəsizlik, rifah və demokratiya yanaşı mövcuddur. Biz bu istiqamətdə bütün səyləri dəstəkləyirik. Biz həmçinin davamlı sülhün bərqərar edilməsi səylərini dəstəkləyirik. Biz Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanları genişləndirmək üçün çalışırıq. Əgər Ermənistanla Azərbaycan arasında davamlı sülh olarsa, bu imkanlar daha da genişlənəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?