Modern.az

Özbaşına salınmış yaşayış massivləriylə əlaqədar konsepsiya hazırlanacaq

Özbaşına salınmış yaşayış massivləriylə əlaqədar konsepsiya hazırlanacaq

11 İyun 2024, 11:52

Abşeron rayonunun bütün “sovxozları” artıq yaşayış massivlərinə çevrilib.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib.

 

İlqar Həbiyev bildirib ki, kütləvi massivlərlə əlaqədar “özbaşına tikililər” adı altında konsepsiya işlənib hazırlanacaq. Növbəti mərhələdə kütləvi kateqoriya dəyişikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək:

 

“Burda həm məskunlaşma məsələləri, həmdə şəhərsalma elementləri və infrastruktur gözlənilməlidir. Biz müasir dövlətik, ona görə də bu məsələlər hökumətin həyata keçirdiyi şəhərsalma qanunvericiliyi və şəhərsalma örnəkləri ilə tənzimlənəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi