Modern.az

Sosial şəbəkələrdə fəaliyyət göstərən kurslara etibar etmək olarmı?

Sosial şəbəkələrdə fəaliyyət göstərən kurslara etibar etmək olarmı?

11 İyun 2024, 15:32

Sosial şəbəkələrdə bir çox sahədə fəaliyyət göstərən kurslara rast gəlirik. İnsanların bu kurslara, onların təqdim etdiyi sertifikatlara etibar edib-etməməsi daim müzakirə mövzusu olub.

 

Mövzu ilə bağlı Modern.az-ın suallarını cavablandıran təhsil eksperti Elnur Aydın bildirib ki, müasir dövrdə əmək bazarına sürətli çıxış yollarından biri də qısamüddətli təlim kurslarıdır:

 

"Bu təkcə bizim ölkəmizdə deyil, inkişaf etmiş ölkələrdə də qısa müddətdə bilik, bacarığa sahib olub, dərhal əmək bazarına atılmaq istəyi var. Bu cür kursların fəaliyyəti qeyri-formal təhsil verir. Qeyri-formal təhsil bir təhsil növü olaraq Təhsil qanunvericiliyndə əksini tapıb. Yəni VÖEN açıb, yardımçı təhsil xidmətləri istiqamətində qanuni fəaliyyət göstərir”.


E.Aydın bildirib ki, belə kursların sayı çoxdur:


“Kurs seçimi edərkən insanlar çətinlik çəkir. Bunun üçün diqqət ediləsi məqamlar var. Kurs seçimi edərkən həmin kursun əvvəlki fəaliyyəti araşdırılmalıdır. Nəticələrinə baxılmalıdır. Həmin kursdan əvvəl faydalanan müdavimlərin münasibəti öyrənilməlidir. Bu məqamlara diqqət yetirmək vacibdir",


Müsahibimiz qeyd edib ki, qeyri-formal təhsil verən kurslar sertifikat və ya diplom verə bilər:


“Qanunvericilik buna imkan verir. Təbii ki, kursların verdiyi sertifikat və ya diplom dövlət təhsil sənədi deyil. Bəzi hallarda gənclər 4 il bakalavr təhsili almaqdansa, qısa müddətdə peşə kursu seçib, zəruri ilkin bilik, bacarıq alıb, əmək bazarına dərhal daxil olub, pul qazana bilir, özünü iş prosesində təkmilləşdirmək istəyir”.

 

Rəşid Qarayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi